Uşaqlar kondisioner işləyən otaqda yata bilərmi? - Pediatrdan AÇIQLAMA

Uşaqlar kondisioner işləyən otaqda yata bilərmi? - Pediatrdan AÇIQLAMA

Hazırda oxunan: Uşaqlar kondisioner işləyən otaqda yata bilərmi? - Pediatrdan AÇIQLAMA

260265

Yayın istisindən sərinləmək üçün adətən köməyimizə kondisionerlər çatır. Bəs uşaqlara kondisioner altında yatmaq olarmı? Bu, onlarda soyuqdəyməyə səbəb olarmı?

Bizim.Media xəbər verir ki, bu suala "Fentezi" klinikasının pediatrı Vyaçeslav Fetiskin cavab verib.

O, "Mel" nəşrinə müsahibəsində vurğulayıb ki, isti havalarda mütləq uşağın gündüz oynadığı və gecə yatdığı otağı sərinlətmək lazımdır.
 

Pediatr qeyd edib ki, uşaqlar da böyüklər kimi istini çətin keçirirlər. Üstəlik, bir yaşına qədər uşaqlarda istilik mübadiləsi sistemi tam formalaşmayıb və onlar üçün istidə bədənin qızması soyuq otaqdan daha təhlükəlidir. Bədənin həddindən artıq isinməsi sinir sisteminin oyanmasına, qarın ağrılarının (kolik) artmasına, uşağın narahat və əsəbi olmasına səbəb ola bilər.


Bundan əlavə, isti hava göz və burun selikli qişasını tez qurudur.

Odur ki, pediatr uşaqların kondisioner olan otaqda yatmasının xəstəliklə nəticələnməsinə dair yayılanları mif adlandırıb: “Narahat olmayın, kondisionerdən düzgün istifadə edildikdə bu, tamamilə təhlükəsizdir. İnsanlar xəstəliyə virus və bakteriyalar səbəbindən tutulurlar, kondisioner buna səbəb olmur."

Mütəxəssis aşağıdakı sadə qaydalara əməl etməyi tövsiyə edib:

Kondisionerin temperaturu 18-22 dərəcə arasında tənzimlənməlidir.

Soyuq hava axını birbaşa uşağın üzərinə yox, tavana paralel istiqamətlənməlidir. Belə olduqda hava tədricən otağa yayılacaq.

Otaqda rütubət 45-55% arasında olmalıdır. Əks halda kondisioner havanı qurudur və bu, selikli qişaları virus və bakteriyalara qarşı daha həssas edir.

Kondisionerin filtrləri təmiz və keyfiyyətli olmalıdır. Müntəzəm texniki baxış vacibdir. Çirkli filtr toz, kif və bakteriya yığıb hava ilə otağa yayır.

Otaq daim havalandırılmalıdır. İsti havada bunu gecə və ya yağışdan sonra etmək daha yaxşıdır.

Uşağı birbaşa kondisionerin hava axınının altına salmaq lazım deyil. Bu təhlükəli olmasa da, narahatlıq yarada bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO