Tramp təsdiqlədi: “Patriot sistemləri üçün raketlər artıq Ukraynaya göndərilir” - VİDEO

Tramp təsdiqlədi: “Patriot sistemləri üçün raketlər artıq Ukraynaya göndərilir” - VİDEO

Hazırda oxunan: Tramp təsdiqlədi: “Patriot sistemləri üçün raketlər artıq Ukraynaya göndərilir” - VİDEO

260174

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Patriot hava hücumundan müdafiə sistemləri üçün raketlər artıq Almaniyadan Ukraynaya göndərilir.

Bizim.Media xəbər verir ki, bu barədə xarici KİV yazıb.

Onun sözlərinə görə, Almaniya bu raketləri Ukraynaya tədarük edir, daha sonra isə öz ehtiyatlarını yenidən doldurur və bu prosesdə ABŞ tam ödəniş alır:

“Onlar Almaniyadan gəlir, sonra Almaniya onları əvəz edir və bütün hallarda ABŞ bu silahların pulunu tam şəkildə alır”, – deyə Tramp bildirib.

Bu bəyanat Trampın ABŞ-ın Ukraynaya hərbi yardımını daha çox iqtisadi məntiqlə əsaslandırmağa çalışdığını göstərir.

O vurğulayıb ki, yardım pulsuz verilmir, əksinə, ABŞ bu prosesdən qazanc götürür. 
Trampın bu açıqlaması həm də onun əvvəlki bəyanatlarına uyğundur.


Ağ Evin sahibi dəfələrlə NATO ölkələrinin daha çox ödəniş etməli olduğunu, ABŞ-ın isə artıq "pulsuz təhlükəsizlik təminatçısı" olmayacağını bildirmişdi.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO