Sentyabrdan etibarən Peşəkar Mühasib imtahanları elektron formada keçiriləcək.
Bu sözləri Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə 2024/2025-ci tədris ili üçün tələbə qəbulu ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinin elmi-statistik təhliliylə bağlı keçirilən tədbirdə jurnalistlərə açıqlaması zamanı deyib.
"Sonra isə rezidentura imtahanlarının elektron formada keçirilməsi nəzərdə tutulub.
Daha sonra isə kütləvi imtahanlardan biri olan Azərbaycan dili (Dövlət dili kimi) imtahanları da rəqəmsal formada olacaq. Sonra isə mərhələli şəkildə magistratura imtahanları elektron şəkildə həyata keçiriləcək. Burada texnoloji məqamlardan əlavə imtahan dizaynı da hazır olduqdan sonra bu imtahanı da rəqəmsal formatda keçirmək üçün bəzi normativ-hüquqi sənədləri dəyişməli olacağıq".
Nəzrin Mirzəyeva, Sadiq Məmmədov, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
12:15 / 16.07.2025
Sentyabrdan bəzi imtahanlar elektronlaşdırılır – DİM sədri
Hazırda oxunan: Sentyabrdan bəzi imtahanlar elektronlaşdırılır – DİM sədri
Hazırda oxunan: Sentyabrdan bəzi imtahanlar elektronlaşdırılır – DİM sədri
260169
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.