“Yol-nəqliyyat hadisələri Azərbaycana hər il 3 milyard manat ziyan vurur” – Ərşad Hüseynov

“Yol-nəqliyyat hadisələri Azərbaycana hər il 3 milyard manat ziyan vurur” – Ərşad Hüseynov

Hazırda oxunan: “Yol-nəqliyyat hadisələri Azərbaycana hər il 3 milyard manat ziyan vurur” – Ərşad Hüseynov

260162

Azərbaycanda son illər yol nəqliyyat hadisələri zamanı həyatını itirənlərin sayı artıb. Bunların çoxu da gənclərdir. Ümumiyyətlə, dünyada 9-29 yaş arası insanların vəfat etməsinə səbəb yol-nəqliyyat hadisələridir.

Bizim.Media xəbər verir ki, bunu hüquqşünas Ərşad Hüseynov "Jurnalistika və İnkişaf Mərkəzi” İctimai Birliyin təşkilatçılığı ilə "Yol-nəqliyyat hadisələrinin təsnifatı: səbəb və nəticələrin təhlili" adlı ictimai müzakirədə deyib.

O, bildirib ki, qəzalara əsas səbəb təhlükəsizlik qaydalarına əməl etməməkdir:

"Həm sürücülər, həm də piyadalar təhlükəsiz davranış qaydalarına əməl etməlidirlər. Biz cəmiyyət olaraq yol hərəkəti qaydaları nə üçündür bunu bilmirik. Qaydaları bilirik, amma bunun niyə lazım olduğunu bilmirik".

Hüquqşünas qeyd edib ki, avtoqəzalar dünyada ümumi daxili məhsulun 3-4 faizini məhv edir:

"Yol-nəqliyyat hadisələri Azərbaycana 3 milyard manat ziyan vurur. Onun içərisində insanların həyatının dəyəri, səhiyyə, sosial məsələlər var. Ailələr başsız, talelər yarımçıq qalır, dəyişilir".


Günay Şahmar, Pərviz Allahverdiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO