Qubada jurnalistlərə süni zəka ilə bağlı təlim keçirilib - FOTO

Qubada jurnalistlərə süni zəka ilə bağlı təlim keçirilib - FOTO

Hazırda oxunan: Qubada jurnalistlərə süni zəka ilə bağlı təlim keçirilib - FOTO

260157

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ASAN İnnovativ İnkişaf Mərkəzinin və “PashaPay” şirkətinin birgə təşkilatçılığı ilə “Media nümayəndələrinin fəaliyyətində süni zəka” mövzusunda növbəti təlim proqramı təşkil edilib.

Quba regional “ASAN xidmət” mərkəzində baş tutan tədbir 22 İyul – Milli Mətbuat Gününə həsr olunub.

Proqramda ölkəmizin müxtəlif media qurumlarını təmsil edən 60-a yaxın şəxs iştirak edib.

Əsas məqsəd media nümayəndələrinin fəaliyyətində süni zəka texnologiyalarından səmərəli istifadəyə dəstək göstərmək, informasiya istehsalında innovativ və yaradıcı yanaşmaların tətbiqinin təşviqinə nail olmaqdır.

Açılış mərasimində ASAN İnnovativ İnkişaf Mərkəzinin fəaliyyət istiqamətlərindən söz açılıb eləcə də təlim proqramının əhəmiyyəti diqqətə çatdırılıb.
 

Sonra iştirakçılara müvafiq sahədə istifadə edilə biləcək süni zəka alətləri, trendlər, çatışmazlıq və inkişaf perspektivləri barədə məlumat verilib. Həmçinin real nümunələr və vörkşoplar əsasında süni zəkanın tətbiqi mənimsənilib.


Təlimin gedişində iştirakçılar “Biz birlikdə güclüyük” devizi ilə “Komanda işində birlik!” mövzusunda art terapiya seansında bir araya gəliblər.

İnteraktiv müzakirə və dialoq formatında baş tutan təlimdə media nümayəndələrinin çoxsaylı sualları cavablandırılıb.














Bizim Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO