Teymur Əmrah: “Bilərəkdən evlənmədim, çox xoşbəxtəm”

Teymur Əmrah: “Bilərəkdən evlənmədim, çox xoşbəxtəm”

Hazırda oxunan: Teymur Əmrah: “Bilərəkdən evlənmədim, çox xoşbəxtəm”

260142

"Özüm bilərəkdən ailə qurmadım. Çox xoşbəxtəm".

Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Teymur Əmrah Baku TV-nin "Qapqara" verilişində deyib.
 

"Elə şeylər var, efirdə demək istəmirəm. Mənim üçün çətindir, çünki deyirəm, sonra paylaşırlar. Hərə öz yanaşmasından axmaq fikirlər yazır. Düşünürəm, bu qədər azadlıq lazım deyildi. Söhbət məndən getmir. 


Övladım olmasa belə, şəhərdə gəzəndə körpə uşaqları görüb qucaqlayıram. Mənəvi balalarımdır. Bu mənə ləzzət edir. Hə, insanın ömrünün sonunda təklik pis şeydir. Xəstələnə bilərəm, kimsə mənə baxmaya bilər. Qocalar evində dünyamı dəyişə bilərəm. Hər şey ola bilər. Bircə bu çətindir. Sevdiyim insanlar azdır. 

 

Həmişə sevdiyim insanlara deyirəm ki, özümə arzuladığımı sənə arzulayıram. Arzum budur ki, Allah sənə nə qədər istəyirsən, ömür versin, amma ömrünün sonunda ruhunu səndən rahat alsın, səni incitməsin.


Allahın insan üçün ən böyük mükafatı budur. Bu dünyadakı naz-nemətlər, oxumaq, pul, səhnə pis deyil, amma bu dünyada qalacaq. Allahdan ancaq ruhumu rahat almasını istəyirəm", - o, bildirib. (Musavat.com)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO