Bu şəxslərin maaşı 2 min manata ÇATDI

Bu şəxslərin maaşı 2 min manata ÇATDI

Hazırda oxunan: Bu şəxslərin maaşı 2 min manata ÇATDI

260081

2025-ci ilin əvvəlinə aid olan məlumata əsasən, Azərbaycanın dövlət qulluqçularının ortaaylıq əməkhaqqısı 1971 manata yüksəlib.

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumata görə, 2024-cü il ərzində dövlət qulluqçularının maaşında orta hesabla 38 manat və ya 2 faiz artım baş verib.

Son 5 ilin müqayisəsi göstərir ki, dövlət qulluqçularının maaşında ən az artım ötən il qeydə alınıb. Beş il əvvəl dövlət qulluqçuları 1216 manat maaş alırdı. Bu göstərici 2022-ci ildə 1785 manata, 2023-cü ildə 1933 manata yüksəlib.
 

Dövlət qulluqçuları arasında ən yüksək orta əməkhaqqını Bakıda çalışanlar alır. Onların ortaaylıq maaşı 2540 manat təşkil edib. Son bir ildə Bakıda çalışanların maaşında 36 manat, yəni 1,4 faiz artım olub.


Bakıda rəhbər vəzifədə çalışan dövlər qulluqçularının maaşı isə 4708 manata çatıb. Bir il əvvəl rəhbər vəzifədə çalışan şəxslər 4673 manat alırdılar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO