Xocavənddə 1 500-dən çox ev təmir olunacaq

Xocavənddə 1 500-dən çox ev təmir olunacaq

Hazırda oxunan: Xocavənddə 1 500-dən çox ev təmir olunacaq

260043

Bu ilin sonuna qədər Xocavənd rayonunun digər kəndlərində 1 552 evin təmir olunaraq keçmiş məcburi köçkün ailələrinə verilməsi planlaşdırılır.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonlarında xüsusi nümayəndəsi Emin Hüseynov Ağdamda baş Prokurorluğun təşkilatçılığı ilə keçirilən "Konstitusiya və Suverenlik: Hüquqi Dövlətin təməli" adlı konfransda çıxışı zamanı deyib.

Xüsusi nümayəndə Xocavənd rayonu və bəzi kəndlərdə aparılan işlər barədə danışarkən qeyd edib ki, hazırda kəndlərin bərpası, təmiri və yenidən tikintisi işləri davam edir:

"O cümlədən Hadrut qəsəbəsi və Tuğ kəndində kommunikasiya və yol işləri icra olunur. Bu yaxınlarda Hadrutda inzibati binanın tikintisi, Tuğ kəndində isə yaşayış evlərinin bərpası üzrə layihələrə start veriləcək".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO