İcra hakimiyyətinin binasındakı müəmmalı ölümlə bağlı AÇIQLAMA – “Diqqətsizlik olub...”

İcra hakimiyyətinin binasındakı müəmmalı ölümlə bağlı AÇIQLAMA – “Diqqətsizlik olub...”

Hazırda oxunan: İcra hakimiyyətinin binasındakı müəmmalı ölümlə bağlı AÇIQLAMA – “Diqqətsizlik olub...”

260039

Xəbər verdiyimiz kimi bir neçə gün əvvəl Mingəçevir şəhərində 34 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb. 1991-ci il təvəllüdlü Emil Zakir oğlu Şükürov binada təmir işləri apararkən ehtiyatsızlıqdan hündürlükdən yıxılıb və yerindəcə dünyasını dəyişib. İddialara görə hadisə Mingəçevir Şəhər İcra Hakimiyyətinin inzibati binasında baş verib.

Mingəçevir İcra Hakimiyyətinin binasında təmir zamanı 34 yaşlı şəxsin ölümü ilə bağlı təmir işlərini aparan şirkət açıqlama verib.

Bizim.Media-nın yerli bürosunun verdiyi məlumata görə, açıqlamada hadisənin ani ehtiyatsızlıq üzündən baş verdiyi qeyd edilib.

Lider-Line” MMC-nin açıqlamasını olduğu kimi təqdim edirik:

İyulun 8-də Mingəçevir Şəhər İcra Hakimiyyətinin binasında aparılması nəzərdə tutulan təmir işində çalışan 1991-ci il təvəllüdlü Şükürov Emil Zakir oğlunun yıxılaraq aldığı xəsarətdən ölməsi hadisəsi ilə bağlı müxtəlif xəbər saytlarında, sosial şəbəkə hesablarında məlumatlar yayıldı. Bəzi saytlarda və sosial şəbəkə hesablarında iddia edildi ki, parfumeriya satan təmir işi aparıb və bu necə olub. Heç bir əsasa söykənməyən və bu qəbildən olan ittihamedici fikirlərin yer alması şirkət olaraq bizdə təəssüf hissi yaratdı. Bütün bunları nəzərə alaraq, öncə bildirək ki, bədbəxt hadisə aktiv təmir işi aparılan zamanı yox, işə hazırlıq ərəfəsində binanın dam hissəsindəki döşəmədə gəzərkən ani diqqətsilikdən baş verib. Döşəmənin batması nəticəsində Şükürov Emil Zakir oğlu oradan düşüb və dünyasını dəyişib”.
 

Şirkətdən qeyd edilib ki, bütün işçilərin fəaliyyəti mövcud qanunvericliyin tələblərinə uyğun şəkildə qurulub və hər bir işçinin texniki təhlükəsizlik qaydaları ilə tanış olması təmin edilib. Mərhum təmir-tikinti sahəsində təcrübəli işçi olub və həmişə texniki təhlükəsizlik qaydalarına əməl edib:


“Məlumat üçün onu da bildirək ki, dövlətimizin sahibkarlığın inkişafına göstərdiyi hərtərəfli dəstək sayəsində “Lider-Line” MMC fəaliyyətini bir neçə istiqamətdə qurub. Buraya parfumeriya və geyim məhsullarının satışı, xidmət və istehsal sahələri daxildir”.Leyla Vəfadarqızı,

Bizim.Media, Mərkəzi Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO