“Üzdüyümüz anda İradə xanımın qoluna ilan sarıldı, nə hala düşdük...” – FOTO

“Üzdüyümüz anda İradə xanımın qoluna ilan sarıldı, nə hala düşdük...” – FOTO

Hazırda oxunan: “Üzdüyümüz anda İradə xanımın qoluna ilan sarıldı, nə hala düşdük...” – FOTO

260032

Son zamanlar Xəzər dənizi sahillərində su ilanlarının sayında artım müşahidə olunur. Yay mövsümündə çimərliklərə axın edən vətəndaşlar sahil ərazilərdə tez-tez bu canlılarla qarşılaşırlar.

Bizim.Media xəbər verir ki, dənizdə ilanla qarşılaşan, hətta onunla mübarizə aparmalı olanlardan biri də QHT sədri Mahirə Əmirhüseynovadır.

Facebook hesabında bununla bağlı paylaşım edən qadın qeyd edib ki, hadisə Şıxov çimərliyində olub: “Dünən havanın istisinə sevincək olub 6 qadın Şıxov çimərliyinə üz tutduq.

 

Dənizdə bizdən başqa tək bir oğlan var idi. Üzdüyümüz anda İradə xanımın qoluna ilan sarıldı, təsəvvür edin, nə hala düşdük. Köməyə gələn bəy ilanın başından tutub dənizdən çıxardı. Bu adam olmasaydı, qorxudan 6 meyit olmuşduq. Hələ də özümüzə gələ bilmirik, qışqırmaqdan səsimiz də batıb.


Bu oğlan bizim qəhrəmanımız oldu. Adını bilmədiyimiz həmin şəxsə təşəkkür edirik. Allah onu qorusun!”.

Xəzərin sahilindəki çimərliklərdə su ilanlarının olması normal hal kimi qarşılansa da, ilk dəfə onu görənləri qorxudur. Onlarla üz-üzə gəlməmək üçün sahillərdə daşlı-qayalı ərazilərdən, qamışlıq yerlərdən uzaq durmaq lazımdır.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO