Rusiyada Azərbaycanın mədəni tədbirləri LƏĞV OLUNDU - FOTO

Rusiyada Azərbaycanın mədəni tədbirləri LƏĞV OLUNDU - FOTO

Hazırda oxunan: Rusiyada Azərbaycanın mədəni tədbirləri LƏĞV OLUNDU - FOTO

260027

Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının Rusiyanın Novosibirsk şəhərində keçirilməsi nəzərdə tutulan tamaşaları ləğv edilib.

Bizim.Media xəbər verir ki, bu barədə Novosibirskin "Qlobus" Akademik Gənclər Teatrının Mətbuat Xidməti məlumat yayıb.
 

Bildirilib ki, bu tamaşalar Rusiyanın "Böyük qastrollar" adlı federal proqramı çərçivəsində planlaşdırılmışdı.
 

"Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının "Böyük qastrollar" proqramı çərçivəsində keçirilməsi nəzərdə tutulan tamaşaları ləğv edilib", - deyə açıqlamada qeyd olunur.
 

Ləğv edilən tamaşalar arasında "Hekayəti Müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah cadükuni məşhur" (28 sentyabr) və "Hamlet" (29 sentyabr) var.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO