İlham Əliyev: “Şuşa Bəyannaməsindən qaynaqlanan strateji müttəfiqliyimiz bundan sonra da möhkəmlənəcək”

İlham Əliyev: “Şuşa Bəyannaməsindən qaynaqlanan strateji müttəfiqliyimiz bundan sonra da möhkəmlənəcək”

Hazırda oxunan: İlham Əliyev: “Şuşa Bəyannaməsindən qaynaqlanan strateji müttəfiqliyimiz bundan sonra da möhkəmlənəcək”

259991

“Bu gün Azərbaycan və Türkiyə gələcəyə doğru çiyin-çiyinə, inamla və uğurla irəliləyir”.

Bizim.Media xəbər verir ki, bunu Prezident İlham Əliyev Türkiyədə baş vermiş 15 İyul hadisələrinin ildönümü ilə əlaqədar Prezident Rəcəb Tayyib Ərdoğana ünvanladığı məktubda deyib.

Onun sözlərinə görə, ölkələrimizin sarsılmaz qardaşlığı, dünyada bənzəri olmayan birliyi və strateji müttəfiqliyi həm regionumuz, həm də bütün dünya üçün mühüm təhlükəsizlik, tərəfdaşlıq və inkişaf amilidir:

“Əminəm ki, tarixən bir-birinə dayaq olmuş qardaş xalqlarımızın iradəsindən, eləcə də Şuşa Bəyannaməsindən qaynaqlanan strateji müttəfiqliyimiz birgə səylərimizlə bundan sonra da daha da möhkəmlənəcək və dərinləşəcəkdir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO