2028-ci ildə Los-Ancelesdə (ABŞ) keçiriləcək Yay Olimpiya Oyunlarının tam cədvəli açıqlanıb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı olimpiadanın rəsmi saytı yayıb.
Məlumata görə, idman tədbirləri iyulun 12-də futbol matçları da daxil olmaqla, birinci təsnifat mərhələləri ilə başlayacaq.
Açılış mərasimi iyulun 14-də, ertəsi gün, iyulun 15-də triatlon, qılıncoynatma, cüdo, atletika, reqbi, atıcılıq və kanoe slalom kimi idman növləri üzrə ilk medal dəstləri təqdim olunacaq.
Boks yarışı 15-23 iyul tarixlərində, finallar isə 27-30 iyulda keçiriləcək.
Cüdoda mübarizə iyulun 15-dən 22-dək "LA Convention Center Hall"da baş tutacaq.
Olimpiadanın final günü, iyulun 30-da yüngül atletika, boks, basketbol, trek velosipedi, üzgüçülük, güləş və voleybol üzrə həlledici yarışlar keçiriləcək. Həmin gün olimpiadanın bağlanış mərasimi də baş tutacaq.
Bizim.Media

- A-
- A
- A+
İdman
10:48 / 15.07.2025
Los-Anceles Olimpiadasının tam cədvəli açıqlandı
Hazırda oxunan: Los-Anceles Olimpiadasının tam cədvəli açıqlandı
Hazırda oxunan: Los-Anceles Olimpiadasının tam cədvəli açıqlandı
259970
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.