"ABŞ-la heç vaxt etimada əsaslanan danışıqlar aparmamışıq" - İsmayıl Baqai

"ABŞ-la heç vaxt etimada əsaslanan danışıqlar aparmamışıq" - İsmayıl Baqai

Hazırda oxunan: "ABŞ-la heç vaxt etimada əsaslanan danışıqlar aparmamışıq" - İsmayıl Baqai

259969

İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Baqai bəyan edib ki, Tehran heç vaxt ABŞ-la danışıqları etimada əsasən aparmayıb, çünki Vaşinqtonun öz öhdəliklərini pozmaq tarixçəsi yaxşı məlumdur.

Bizim.Media xəbər verir ki, bu barədə Mehr agentliyi məlumat yayıb.

Baqai vurğulayıb ki, İsrailin son aqressiyası İranın diplomatiyasına və ABŞ-a qarşı mövcud olan minimal inam səviyyəsinə ciddi zərbə vurub. O, qeyd edib ki, İrana qarşı müharibə təşəbbüsü, əslində, bütün regiona qarşı təhlükəsizliksizliyin təbliğidir.

Onun sözlərinə görə, baş verənlər yalnız diplomatik prosesə zərbə vurmaqla kifayətlənməyib, eyni zamanda ABŞ tərəfinə qarşı İranın onsuz da zəif olan inamını tamamilə sarsıdıb.

“Bir daha qeyd edirəm: biz heç vaxt ABŞ-la danışıqları etimada əsaslanaraq aparmamışıq, çünki hamıya məlumdur ki, Vaşinqton İranın nüvə məsələsi üzrə götürdüyü öhdəlikləri dəfələrlə pozub.

İsrailin İrana hücumu diplomatiyaya, beynəlxalq normalara və bütün regionun sabitliyinə zərbədir”, – deyə Baqai bəyan edib.

Bu bəyanat ABŞ-İran münasibətlərində gərginliyin artdığı və bölgədə hərbi qarşıdurma risklərinin yüksəldiyi bir vaxta təsadüf edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO