Rusiyaya qarşı sanksiya qanunu təxirə salındı – Kremlə yeni nəfəslik...

Rusiyaya qarşı sanksiya qanunu təxirə salındı – Kremlə yeni nəfəslik...

Hazırda oxunan: Rusiyaya qarşı sanksiya qanunu təxirə salındı – Kremlə yeni nəfəslik...

259950

ABŞ Senatı Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi ilə bağlı qanun layihəsinin müzakirəsinə başlamayacaq.

Bizim.Media "Politico"ya istinadən xəbər verir ki, bunu Konqresin yuxarı palatasındakı respublikaçı çoxluğun lideri Con Tun (Cənubi Dakota) deyib:

"Görünür, prezident indi sanksiyaların bəzilərini təkbaşına tətbiq etməyə çalışacaq. Nə vaxt prezident bunun ağlabatan olacağı, ona bu danışıqlarda ehtiyac duyduğu əlavə təsir rıçaqını verəcəyi qənaətinə gəlsə, onda biz bunu edəcəyik. Biz hazır olacağıq. Biz əlimizdən gələni edəcəyik, strategiyanı Ağ Evlə və əlbəttə ki, Nümayəndələr Palatası ilə əlaqələndirəcəyik".

Xatırladaq ki, Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsinə dair qanun layihəsi aprelin əvvəlində Senat üzvlərindən ibarət ikipartiyalı qrup tərəfindən təqdim edilib. Sənədin əsas müəllifləri senatorlar Lindsi Qrem (Cənubi Karolinadan olan respublikaçı) və Riçard Blumental (Konnektikutdan demokrat) olub. Bu təşəbbüs digər məsələlərlə yanaşı, Rusiyadan neft-qaz, uran alan ticarət tərəfdaşlarına qarşı ikinci dərəcəli sanksiyaları nəzərdə tutur. Bu ölkələrdən ABŞ-a idxala 500 faiz idxal rüsumlarının tətbiqi təklif edilir.

Trampın Rusiya və onun prezidenti Vladimir Putinlə bağlı son narazı çıxışlarına baxmayaraq, onun işğalçıya qarşı daha effektiv sanksiyaları 50 gün arxaya atması faktiki olaraq Rusiyanın xeyrinə olan addım kimi qiymətləndirilməkdədir. (Musavat.com)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO