Futbol üzrə milli komandamızın üzvü Rahil Məmmədov Polşanın “Radomyak” klubunu tərk edəcək.
Bizim.Media xəbər verir ki, hazırda futbolçu ölkəmizin üç klubu ilə danışıq aparır.
Onu heyətinə cəlb etmək istəyən klublar isə “Araz Naxçıvan”, “Turan Tovuz” və “Sabah”dır. 29 yaşlı Məmmədov karyerasını hansı klubda davam etdirəcəyi ilə bağlı qərarı yaxın günlərdə verəcək. Onun Polşa klubu ilə 2026-cı ilə qədər müqaviləsi olduğundan Rahili transfer etmək istəyən komanda “Radomyak”a kompensasiya ödəməli olacaq.
Xatırladaq ki, 2024-cü ildə Polşanın digər klubu “Lodz”dan “Radomyak”a transfer olunan Rahil Məmmədov əvvəllər “Qarabağ”ın şərəfini qoruyub.
Rəşad Rafiqoğlu, Bizim.Media

- A-
- A
- A+
İdman
20:16 / 14.07.2025
Millimizin üzvü üç klubla danışıq aparır
Hazırda oxunan: Millimizin üzvü üç klubla danışıq aparır
Hazırda oxunan: Millimizin üzvü üç klubla danışıq aparır
259904
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.