İranda jurnalistləri daşıyan avtobus aşdı - Ölənlər var

İranda jurnalistləri daşıyan avtobus aşdı - Ölənlər var

Hazırda oxunan: İranda jurnalistləri daşıyan avtobus aşdı - Ölənlər var

25984

İranlı jurnalistləri daşıyan avtobus aşıb.

Bizim.Media apa-ya istinadla bildirir ki, bunu Nəqədə şəhər başçısı Mənuçehr Şakir deyib.

Onun sözlərinə görə, Qərbi Azərbaycan əyalətində yerləşən Kani Sib su bəndindən reportaj hazırlamaq məqsədilə Nəqədə şəhərinə səfər edən jurnalistlərin avtobusunun aşması nəticəsində 2 nəfər ölüb, 21 nəfər yaralanıb.

Yaralı jurnalistlərdən bir neçəsinin vəziyyəti ağırdır. Yaralılar Nəqədə şəhər xəstəxanasına yerləşdirilib.

Ölən jurnalist xanımlar "İRNA" və "İSNA" agentliklərinin əməkdaşlarıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO