Bu xidmətlərin məbləği təsdiqləndi

Bu xidmətlərin məbləği təsdiqləndi

Hazırda oxunan: Bu xidmətlərin məbləği təsdiqləndi

25975

Baytarlıq xidməti və nəzarəti tədbirlərinə görə alınan xidmət haqqının məbləği təsdiq edilib.

Bizim.Media xəbər verir ki, bununla bağlı müvafiq sənədi Baş nazir Əli Əsədov imzalayıb.

Sənədə əsasən, baytarlıq xidmətlərinə, o cümlədən, dövlət sifarişi ilə heyvanların planlı profilaktik və məcburi peyvənd edilməsi ilə bağlı həyata keçirilən xidmətlərə, habelə baytarlıq nəzarəti tədbirlərinə  görə alınan xidmət haqlarının məbləği müəyyən edilir. 

Qərarın qüvvəyə minməsi ilə göstərilən baytarlıq xidmətlərinin əhatə dairəsinin genişləndirilməsinə, bu sahədə xidmətlərin keyfiyyətinin yüksəldilməsinə, yeni texnologiyaların və innovasiyaların tətbiqinə, heyvan sağlamlığının daha  effektiv və dayanıqlı qorunmasına, həmçinin, baytarlıq sferasında çalışan əməkdaşların rifahının gücləndirilməsinə şərait yaradacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO