İspaniya klubunda oynamış futbolçu “Neftçi”də

İspaniya klubunda oynamış futbolçu “Neftçi”də

Hazırda oxunan: İspaniya klubunda oynamış futbolçu “Neftçi”də

259713

Ötən mövsüm İspaniyanın dördüncü liqasında çıxış etmiş futbolçu "Neftçi"də baxışdadır.

Bizim.Media xəbər verir ki, bu, 19 yaşlı hücumçu Bəhruz Qurbanlıdır. O, hazırda yoxlanışdadır və Samir Abasov onu Polşada keçiriləcək təlim-məşq toplanışına da aparmaq niyyətindədir.

Bəhruz son olaraq "Union Deportivo Montixo"nun formasını geyinib.

O, 2024-cü ilin yanvarında Sequnda Divizionun 5-ci qrupunda yarışan komandayla uzunmüddətli müqavilə imzalasa da, yaxınlarda sərbəst azad agent statusu alıb və Azərbaycana dönüb.

Qeyd edək ki, Qurbanlı "Qarabağ"ın yetirməsidir. Üç il öncə "Neftçi"yə keçən forvard Priney yarımadasına da elə buradan yollanmışdı.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO