TRT-dən tarixi Azərbaycan şəhəri ilə bağlı böyük səhv

TRT-dən tarixi Azərbaycan şəhəri ilə bağlı böyük səhv

Hazırda oxunan: TRT-dən tarixi Azərbaycan şəhəri ilə bağlı böyük səhv

259624

Türkiyənin rəsmi dövlət kanalı olan TRT Güney Azərbaycanın qədim və böyük şəhərlərindən biri olan Urmiyanı “kürd şəhəri” kimi təqdim edərək, bu şəhərdən hazırladığı reportajda kürd dilində və kürd musiqiləri ilə bir saatlıq süjet yayımlayıb.

Bizim.Media  xəbər verir ki, bu barədə Dünya Azərbaycanlıları Konqresinin İdarə heyətinin üzvü Nurəddin Qərəvi məlumat verib.

“Urmiyanın tarixi abidələri, muzeyləri və şəhər həyatını əks etdirən bu materialın məzmunu bizə görə tarixə, milli kimliyə və qardaşlıq anlayışına hörmətsizlikdir. Biz zamanında Türkiyənin kürd məsələsində atdığı bəzi addımların fəsadlarının Güney Azərbaycanda əks-səda verəcəyini demişdik. Təəssüf ki, bu gün o narahatlıqların ilk konkret nümunəsi ilə qarşı-qarşıyayıq.

Özünü Azərbaycanın dostu və strateji tərəfdaşı kimi təqdim edən Ankara rəhbərliyi belə bir materialla həm dostluğa, həm də tarixi həqiqətlərə zidd addım atmış olur. TRT rəhbərliyi əgər obyektivlik prinsipinə sadiqdirsə, Urmiyada və ətraf bölgələrdə kürd silahlı dəstələrinin törətdiyi cinayətlər, o cümlədən Sulduz, Xoy və Maku kimi şəhərlərdə azərbaycanlılara qarşı törədilən zorakılıqlar barədə də reportaj hazırlamalı idi.

TRT bu verilişi ilə Güney Azərbaycanın milli-mədəni kimliyinə, eləcə də Türkiyə-Azərbaycan qardaşlığına ağır kölgə salıb. Bu, sadəcə bir jurnalist süjeti deyil, ciddi siyasi mesaj daşıyan addımdır.

Azərbaycan dövləti və cəmiyyətinin bu məsələyə həssas və prinsipial münasibət bildirməsi vacibdir. Əgər bir ölkə bizə dostdursa, bizim tarixi şəhərlərimizi saxtalaşdırmaqla başqa bir etnosun şəhəri kimi təqdim etməməlidir.

Vahid və müstəqil Azərbaycan uğrunda mübarizəmiz davam edir!”, - İdarə heyətinin üzvü qeyd edib. (Axar.az)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO