“Sumqayıt” tezliklə daha bir transferi rəsmən açıqlayacaq. “Kimyaçılar” bu dəfə yerli oyunçunu heyətinə qatacaq.
Bizim.Media xəbər verir ki, “Zirə”dən ayrılan Məqsəd İsayevlə güclənəcəyi çoxdan bəlli olan sumqayıtlılar, Fərid Nəbiyevlə də ortaq məxrəcə gəlib.
“Səbail”dən ayrılan yarımmüdafiəçi “Gənclik şəhəri” təmsilçisi ilə anlaşmanın bütün şərtlərini razılaşdırıb.
“Qəbələ” yetirməsi olan Fərid, yeniyetmə yaşında Çexiya və Gürcüstanda legioner karyerası yaşayıb. 2022-ci ildə “Kəpəz”ə, bir il sonra “Turan Tovuz”a qoşulan 25 yaşlı oyunçu, son mövsümü də “Səbail”də keçirib.
Rəşad Rafiqoğlu, Bizim.Media

- A-
- A
- A+
İdman
19:02 / 12.07.2025
“Sumqayıt” daha bir futbolçu ilə RAZILIĞA GƏLDİ
Hazırda oxunan: “Sumqayıt” daha bir futbolçu ilə RAZILIĞA GƏLDİ
Hazırda oxunan: “Sumqayıt” daha bir futbolçu ilə RAZILIĞA GƏLDİ
259574
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.