"Real" Vinisiusla aparılan danışıqları DAYANDIRDI

"Real" Vinisiusla aparılan danışıqları DAYANDIRDI

Hazırda oxunan: "Real" Vinisiusla aparılan danışıqları DAYANDIRDI

259566

“Real” futbolçusu Vinisius Juniorla yeni müqavilə ilə bağlı aparılan danışıqları dayandırıb.

Bizim.Media xəbər verir ki, bu barədə İspaniyanın “El Chiringuito” nəşri məlumat yayıb.

Yeni müqavilə şərtləri bir neçə ay əvvəl hazırlanıb və plan üzrə sənəd yeni mövsüm başlamazdan əvvəl imzalanmalı idi. Lakin “Real” rəhbərliyi braziliyalı vingerlə bu məsələ ilə bağlı əlaqə saxlamayıb və danışıqları davam etdirməyə tələsmir.

Məhz bu qeyri-müəyyənlik fonunda Səudiyyə Ərəbistanı klubları Vinisiusa maraq göstərməkdə davam edir. Futbolçuya 5 illik müqavilə təklif edilib və razılıq verəcəyi təqdirdə, o, bu müqavilədən 830 milyon funt sterlinq qazana bilər.

Qeyd edək ki, 23 yaşlı hücumçu ötən mövsüm “Real”ın heyətində 42 oyunda 24 qol vurub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO