Azərbaycan “Tokio 2020”yə 20-ci lisenziyanı qazandı

Azərbaycan “Tokio 2020”yə 20-ci lisenziyanı qazandı

Hazırda oxunan: Azərbaycan “Tokio 2020”yə 20-ci lisenziyanı qazandı

25953

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində keçirilən Dünya kubokunda Azərbaycan pauerliftinqçisi Şamo Aslanov gümüş medal qazanıb. 

Bizim.Media xəbər verir ki, 107 kq çəki dərəcəsində iştirak edən idmançı 223 kq nəticə göstərərək ikinci yeri tutub. 

Dubayda keçirilən Dünya kubokunda və daha öncə reytinq xalları qazandıran yarışlarda yüksək nəticə əldə etmiş Şamo Aslanov Tokio 2020 Yay Paralimpiya Oyunlarında Azərbaycanı təmsil edəcək. 

Qeyd edək ki, bu günə Milli Paralimpiya Komitəsinin idmançıları Tokio 2020 Yay Paralimpiya Oyunlarına artıq 20 lisenziya əldə ediblər.

Onlardan 8-i atletika, 4-ü parataekvando, 3-ü üzgüçülük, 3-ü pauerliftinq və 2-si güllə atıcılığı növündəndir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO