Qayınatasını öldürən kürəkən barədə CİNAYƏT işi açıldı

Qayınatasını öldürən kürəkən barədə CİNAYƏT işi açıldı

Hazırda oxunan: Qayınatasını öldürən kürəkən barədə CİNAYƏT işi açıldı

259512

Xəbər verildiyi kimi Sumqayıt şəhərində qətl hadisəsi baş verib. Məlumata görə, 1970-ci il təvəllüdlü Arif Bağıyev küçədə bıçaqlanaraq qətlə yetirilib.

Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən kürəkəni Nurullah Mərdanov saxlanılıb.

Baş Prokurorluqdan Bizim.Media-ya bildirilib ki, iyulun 12-də gecə saat 3 radələrində Sumqayıt şəhəri ərazisində 1970-ci il təvəllüdlü Arif Bağıyevin öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı 1998-ci il təvəllüdlü Nurulla Mərdanovun Sumqayıt şəhəri 2-ci mikrorayon ərazisində aralarında yaranmış mübahisə zamanı qayınatası Arif Bağıyevə bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Nurulla Mərdanov iş üzrə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO