3×3 basketbolu üzrə qadınlardan ibarət Azərbaycan milli komandası Rumıniyanın paytaxtı Buxarestdə təşkil olunan Dünya Seriyasının növbəti mərhələsinə qatılıb.
Bizim.Media xəbər verir ki, yığmamız mübarizəyə təsnifat mərhələsindən başlayıb.
İlk oyunda basketbolçularımız Yaponiyanın "Tsukuba" komandasını məğlub ediblər - 21:10. Milli komandamız ikinci matçda "Lozanna" (İsveçrə) üzərində 21:11 hesablı qələbə qazanıb.
Beləliklə, təmsilçilərimiz təsnfat mərhələsini adlayaraq, C qrupuna vəsiqə əldə ediblər. C qrupu çərçivəsində yığmamız sabah Sinqapur və Ukrayna kollektivləri ilə görüşəcək.
Rəşad Rafiqoğlu, Bizim.Media

- A-
- A
- A+
İdman
23:30 / 11.07.2025
Milli komandamız Dünya Seriyasının NÖVBƏTİ MƏRHƏLƏSİNDƏ
Hazırda oxunan: Milli komandamız Dünya Seriyasının NÖVBƏTİ MƏRHƏLƏSİNDƏ
Hazırda oxunan: Milli komandamız Dünya Seriyasının NÖVBƏTİ MƏRHƏLƏSİNDƏ
259474
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.