“Real” dünya çempionatından nə qədər qazanıb?

“Real” dünya çempionatından nə qədər qazanıb?

Hazırda oxunan: “Real” dünya çempionatından nə qədər qazanıb?

259464

"Real"ın klublararası dünya çempionatındakı çıxışına görə qazandığı mükafatın məbləği məlum olub.

Bizim.Media xəbər verir ki, "Kral klubu" mundialda yarımfinaladək irəliləyərək orada PSJ-yə 0:4 hesabı ilə məğlub olub.

"Mundo Deportivo"nun məlumatına görə, "Real" bu turnirdən 74,4 milyon avro qazanıb.

Onlardan 31,4 milyonu sadəcə iştirak üçün alınıb. Qrupda “Paçuka” və “Zalsburq” ilə oyunlardakı qələbələrin hərəsinə görə 3,7 milyon avro, “Əl-Hilal”la heç-heçəyə görə isə 925 min avro əldə edilib.

1/8 və 1/4 finallarda “Yuventus” və “Borussiya Dortmund” üzərində qələbələrə görə “Real”, müvafiq olaraq, 23,8 milyon və 19,5 milyon avro qazanıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO