İsti havada dondurma YEMƏYİN! - Təhlükəlidir…

İsti havada dondurma YEMƏYİN! - Təhlükəlidir…

Hazırda oxunan: İsti havada dondurma YEMƏYİN! - Təhlükəlidir…

259457

Bir çoxları yayda sərinləmək üçün dondurmanı ideal vasitə hesab edir. Lakin dietoloq və qastroenteroloq Nuriya Dianova xəbərdarlıq edib ki, isti havada dondurma yemək soyuqdəymə riskini artırır.

Bizim.Media xəbər verir ki, ekspert bununla belə, soyuq desertdən imtina etmədən sağlamlığı qorumağın mümkün yolunu da açıqlayıb.

Nuriya Dianovanın sözlərinə görə, hava temperaturu 30–35 dərəcə olduqda insan orqanizmi artıq isinmiş vəziyyətdə olur. Belə halda dondurma yemək sərinlik deyil, əksinə, hərarətlə müşayiət olunan soyuqdəyməyə səbəb ola bilər.
 

“Əgər bədən artıq isinibsə və insan isti şəraitdə, məsələn, küçədə dondurma yeyirsə, adi soyuqdəyməyə tutulmaq ehtimalı yaranır. Ən çox hallarda boğaz iltihabı — faringit müşahidə olunur, bəzən bu hal temperaturla da müşayiət olunur,” — deyə həkim xəbərdarlıq edib.
Lakin o, bu problemlərdən yayınmaq üçün sadə bir üsul tövsiyə edib: dondurmanı sadəcə qapalı məkanda yemək. “Ridus”a danışan Dianova vurğulayıb ki, təkcə dondurmanın özü xəstəlik törətmir.


“Əgər insan qapalı yerdədirsə və orada kondisioner işləmirsə, deməli, dondurmanın hər hansı bir fəsadı gözlənilmir, yalnız yüksək kalori miqdarı istisnadır. Hər şey bədənin vəziyyətindən və ətraf mühitdən asılıdır. Dondurmanın özü-özlüyündə soyuqdəymə törətmək kimi xüsusiyyəti yoxdur. Odur ki, dondurma qəbulundan sonra xəstələnməyə səbəb sadəcə bədən temperaturundan qaynaqlanır.” — deyə o əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO