"Qarabağ" bir qədər öncə yeni transfer edib.
Bizim.Media xəbər verir ki, Çempionlar Liqasında yeni mövsümün planlarını cızan "köhlən atlar" üçüncü legioneri düşərgəsinə gətirib, Ağdam klubunun anlaşdığı əcnəbi Kris Kuakudur.
Qurban Qurbanovun bəyəndiyi isim Fil Dişi Sahilindəndir. Onun 25 yaşı var və yarımmüdafiəçidir.
Afrikalı bura Portuqaliyadan gəlib. Kuaku son üç mövsümü "Mafra"da keçirib. Bundan öncə isə Danimarkada "Sfaheym" və "Midtyuland"ın formasını geyinib.
"Qarabağ" bu yay Portuqaliyadan iki nəfər də gətirib. İkinci Liqadan Dani Bolt ("Torreense") və Pedro Bikalyo ("Alverka") ilə uzunmüddətli müqavilə imzalanıb.
Rəşad Rafiqoğlu, Bizim.Media

- A-
- A
- A+
İdman
20:48 / 11.07.2025
“Qarabağ” daha bir legionerlə müqavilə bağlayır
Hazırda oxunan: “Qarabağ” daha bir legionerlə müqavilə bağlayır
Hazırda oxunan: “Qarabağ” daha bir legionerlə müqavilə bağlayır
259456
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.