“İnter” iranlı futbolçunu transferə çıxardı

“İnter” iranlı futbolçunu transferə çıxardı

Hazırda oxunan: “İnter” iranlı futbolçunu transferə çıxardı

259439

"İnter" əsas heyətə düşüə bilməyən Mehdi Taremi ilə bağlı qərar verib.

Bizim.Media xəbər verir ki, A Seriyası nəhəngi iranlı forvardla yollarını ayıracaq. Bu barədə "Corriere dello Sport" nəşri məlumat yayıb.

"İnter" Taremini satışa çıxarıb. Klub 32 yaşlı hücumçunun satışından 8-10 milyon avro gəlir əldə etməyi planlaşdırır.

Qeyd edək ki, Mehdi Taremi ötən ilin yayında "Portu"dan ayrıldıqdan sonra azad agent statusu ilə "İnter"ə qoşulub. İran millisinin üzvü Milan təmsilçisinin heyətində meydana çıxdığı 43 rəsmi matçda 3 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO