Paytaxtda qanunsuz tikintilərə qarşı monitorinqlər GÜCLƏNDİRİLDİ - FOTO

Paytaxtda qanunsuz tikintilərə qarşı monitorinqlər GÜCLƏNDİRİLDİ - FOTO

Hazırda oxunan: Paytaxtda qanunsuz tikintilərə qarşı monitorinqlər GÜCLƏNDİRİLDİ - FOTO

259437

Bu gün Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsində 6 ayın yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirilib.

Bizim.Media xəbər verir ki, yığıncaqda hesabat dövründə Baş İdarə tərəfindən görülən işlər, əldə olunan irəliləyişlər və qarşıda duran vəzifələr müzakirə edilib.

Baş İdarənin rəisi Read Qasımov cari ilin birinci rübündə Bakının Baş planının icrası istiqamətində atılan mühüm addımlar, hazırlanan yeni şəhərsalma layihələri, ictimai məkanların yenilənməsi və qorunması, eləcə də elektron tikinti portalının (e-tikinti.gov.az) təkmilləşdirilməsi sahəsində mühüm irəliləyişlər barədə ətraflı məlumat verib. Həmçinin paytaxtın müxtəlif ərazilərində qanunsuz tikinti fəaliyyətlərinə qarşı şəhərsalma nəzarəti çərçivəsində monitorinqlərin gücləndirildiyini bildirib.
 

Read Qasımov çevik idarəetmə, tikinti və istismara icazələrin verilməsində şəffaf mexanizmlərin genişləndirilməsi, ictimai iştirakçılığın artırılması, şəhərsalma nəzarətiningücləndirilməsi və ən əsası, Bakının memarlıq siması, mədəni irsi və şəhər kimliyinin qorunmasının prioritet olaraq qaldığını vurğulayıb.


Sonda əməkdaşlar da öz təkliflərini səsləndirib, müvafiq istiqamətdə geniş fikir mübadiləsi aparıblar.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO