Təyyarədə qadına toxunan kişi 7 il həbs oluna bilər

Təyyarədə qadına toxunan kişi 7 il həbs oluna bilər

Hazırda oxunan: Təyyarədə qadına toxunan kişi 7 il həbs oluna bilər

259375

Avstraliyada 36 yaşlı kişi təyyarədə ABŞ vətəndaşı olan qadına qarşı nalayiq hərəkət etdiyinə görə yeddi ilədək azadlıqdan məhrum edilə bilər.

Bizim.Media xəbər verir ki, bu barədə ölkənin Federal Polisi məlumat yayıb.

Hadisə mayın 29-da baş verib, lakin şübhəli şəxs yalnız iyulun 9-da Sidney məhkəməsi qarşısına çıxarılıb.

İstintaq materiallarına əsasən, uçuş zamanı kişi yatmış qadının yanına əyləşərək onun buduna və ombasına toxunub.
 

Qadın hadisədən sonra başqa yerə keçirilib və uçuşun qalan hissəsini orada davam etdirib. Təyyarə yerə endikdən dərhal sonra polis təcavüzkarı saxlayıb. Ona qarşı nalayiq hərəkət ittihamı irəli sürülüb. Bu cinayətə görə maksimal cəza yeddi il həbsdir.


Bundan əvvəl də "United Airlines" aviaşirkətinin sərnişini iki dəfə uçuş zamanı zorakı hərəkətlərə məruz qalmışdı. Naməlum şəxs qadının ayaqları arasına toxunmuş və onun bədənində göyərmələr qoymuşdu. (Milli.Az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO