“Yaşayış minimumu haqqında” qanun DƏYİŞDİ – “Üç ay müddətində...”

“Yaşayış minimumu haqqında” qanun DƏYİŞDİ – “Üç ay müddətində...”

Hazırda oxunan: “Yaşayış minimumu haqqında” qanun DƏYİŞDİ – “Üç ay müddətində...”

259347

Prezident İlham Əliyev “Yaşayış minimumu haqqında” qanunda dəyişiklik edilməsi barədə 21 iyun 2025-ci il tarixli qanunun tətbiqi və “Yaşayış minimumu haqqında” qanunun tətbiq edilməsi barədə 29 dekabr 2004-cü il tarixli fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Bizim.Media xəbər verir ki, fərmana əsasən, qanunda nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini dövlət başçısı həyata keçirir, səlahiyyətli orqanlar dedikdə isə Nazirlər Kabineti və Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi qismində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur.

Nazirlər Kabineti “Yaşayış minimumu haqqında” qanunun 3.3-cü maddəsinə uyğun olaraq, tibb müəssisələrində, təhsil müəssisələrində və sosial sahəyə aid müəssisələrdə şəxslərin qida normalarını üç ay müddətində müəyyən edib Prezidentə məlumat verməli, yenilənmiş qanundan irəli gələn digər məsələləri həll etməlidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO