Ramiz Məmmədov: “Məqsədimiz “Mingəçevir”i çempion etməkdir”

Ramiz Məmmədov: “Məqsədimiz “Mingəçevir”i çempion etməkdir”

Hazırda oxunan: Ramiz Məmmədov: “Məqsədimiz “Mingəçevir”i çempion etməkdir”

259285

"Mingəçevir"in məqsədi Azərbaycan çempionu olmaqdır".

Bizim.Media xəbər verir ki, bunu "Mingəçevir"in yeni baş məşqçisi Ramiz Məmmədov klubun mətbuat xidmətinə açıqlamasında bildirib.

O bildirib ki, etimadı doğrultmağa çalışacaq: "Klub rəhbərliyi etimad göstərərək dəvət göndərdi. Onların güvənini doğrultmağa çalışacağıq. Mingəçevir mənim üçün doğma şəhərdir. Burada futbola başlamışam, oyunçu-məşqçi, kapitan olmuşam. Üstəlik, Mingəçevirdə iki dəfə final oynamışam. Elə bu gündən qollarımızı çırmayıb işə başlayırıq.

İlk növbədə komanda yığmalıyıq. Hər mövqeyə - qapıdan tutmuş hücum xəttinə qədər - oyunçu alınmalıdır. Tanıdığım, təcrübəli və perspektivli futbolçuları dəvət etməyə çalışacağam. Məqsəd "Mingəçevir"i çempion etməkdir. İnşallah, yaxın günlərdə hazırlıq planı qurub hədəfə çatmaq üçün işə başlayacağıq. Bildiyimə görə, çempionat sentyabrda başlayacaq. Yəni vaxtımız var".

Qeyd edək ki, Ramiz Məmmədov "Mingəçevir"in baş məşqçi postunda Füzuli Məmmədovu əvəz edib.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO