Moskva "Torpedo"su 2025/26 mövsümündə Rusiya Premyer Liqasından kənarlaşdırılıb.
Bizim.Media xəbər verir ki, "avtozavodçular" həmçinin 5 milyon rubl (təxminən 109 min manat) məbləğində cərimələniblər.
Bundan başqa, “Torpedo”nun sahibi Leonid Sobolev 5 il, klubun baş direktoru Valeri Skorodumov isə 10 il müddətinə futboldan uzaqlaşdırılıblar.
Rəhbərlik Birinci Liqada oyunların nəticəsini əvvəlcədən razılaşdırmaq məqsədilə hakimləri rüşvətlə ələ almağa cəhd etməkdə ittiham olunurlar.
Qeyd edək ki, Rusiya Premyer Liqasında yeni mövsümün startına səkkiz gün qalsa da, çempionatın 16-cı iştirakçısı hələ məlum deyil.
Rəşad Rafiqoğlu, Bizim.Media

- A-
- A
- A+
İdman
22:33 / 10.07.2025
Rusiya klubu çempionatdan KƏNARLAŞDIRILDI
Hazırda oxunan: Rusiya klubu çempionatdan KƏNARLAŞDIRILDI
Hazırda oxunan: Rusiya klubu çempionatdan KƏNARLAŞDIRILDI
259276
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.