Paşinyan dövlət himninin mətnini DƏYİŞDİ – Növbə gerb və Konstitusiyanındır

Paşinyan dövlət himninin mətnini DƏYİŞDİ – Növbə gerb və Konstitusiyanındır

Hazırda oxunan: Paşinyan dövlət himninin mətnini DƏYİŞDİ – Növbə gerb və Konstitusiyanındır

259236

Ermənistanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi ölkənin dövlət himninin yeni redaksiyasını, eləcə də onun tam və qısa musiqi versiyalarını təqdim edib. Bu dəyişikliklər Ermənistanın dövlət himni haqqında qanuna edilmiş düzəlişlərə əsasən həyata keçirilib.

Bizim.Media xəbər verir ki, bu barədə erməni KİV-ləri yazıb.

“Təqdim olunan yeni redaksiyada «Vətənimiz» adlı himnin mətninin sözləri Mıkael Nalbandyana, musiqisi isə Barseq Kanaçyana məxsusdur. Himnin rəsmi şəkildə təsdiqlənmiş tam və qısa versiyaları da ictimaiyyətə təqdim olunub”.

Sənədin müəllifləri bildirirlər ki, himnin sonluğu daha nikbin və ruhlandırıcı şəkildə yekunlaşmalıdır. Buna görə də əvvəlki «Xalqının azadlığı uğrunda ölən bəxtiyardır» ifadəsi «Qoy Ermənistan həmişə şöhrət tapsın» sözləri ilə əvəz edilib.


Xatırladaq ki, Ermənistan Baş naziri Nikol Paşinyan daha öncə həm ölkənin dövlət gerbi, həm də Konstitusiyasının dəyişdirilməsi ilə bağlı niyyətini açıq şəkildə bəyan etmişdi. O, ölkədəki simvolların və əsas sənədlərin müasir reallıqlara uyğunlaşdırılmasının zəruri olduğunu bildirib və gerb, himn və Konstitusiyanın dəyişdiriləcəyinə söz verib.


Yeni himn 2025-ci il yanvarın 22-də Ermənistan parlamenti tərəfindən təsdiqlənib və aprel ayından qüvvəyə minib. Təkliflər paketi parlamentə spiker Alen Simonyanın rəhbərlik etdiyi deputat qrupu tərəfindən təqdim olunmuşdu.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO