Hakan Çalhanoğlunun "Qalatasaray"a keçidi baş tutmadı

Hakan Çalhanoğlunun "Qalatasaray"a keçidi baş tutmadı

Hazırda oxunan: Hakan Çalhanoğlunun "Qalatasaray"a keçidi baş tutmadı

259224

"İnter"in futbolçusu Hakan Çalhanoğlunun gələcəyi müəyyənləşib.

Bizim.Media xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Türkiyə millisinin üzvü Milan təmsilçisində qalacaq. Daha əvvəl "Qalatasaray"ın Hakan üçün "İnter"lə danışıqlar apardığı bildirilirdi. Yarımmüdafiəçi özü də Superliqa klubuna keçmək istəyirdi .

Lakin bu gün klublar Milanda bir araya gəliblər. Görüşdən sonra tərəflər razılıq əldə etməyiblər və danışıqlar başa çatıb.

Daha əvvəl xəbər verildiyi kimi, İtaliya klubu yalnız ən azı 30 milyon avro təzminat alacağı təqdirdə Çalhanoğlunu buraxmağa razı idi. Artıq İtaliya təmsilçisi 31 yaşlı yarımmüdafiəçini satmayacaq.

Ötən mövsüm Hakan bütün turnirlərdə 47 oyunda iştirak edib, 11 qol vurub və 8 məhsuldar ötürmə verib. Çalhanoğlunun "İnter"lə hazırkı müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO