Bu tarixdən İSTİLƏR DÜŞÜR - Yay havası olacaq

Bu tarixdən İSTİLƏR DÜŞÜR - Yay havası olacaq

Hazırda oxunan: Bu tarixdən İSTİLƏR DÜŞÜR - Yay havası olacaq

259183

İyulun ikinci ongünlüyünə qədəm qoysaq da, əsl yay havası özünü hələ indi-indi göstərməyə başlayır. Paytaxt Bakı bu səhəri gözlənilməz yağış və sərinliklə qarşılayıb.

Bizim.Media xəbər verir ki, sərin havalar sabahdan etibarən sona çatır, havalar sürətlə istiləşəcək.

Belə ki, sabah Bakıda 32 dərəcə isti gözlənilir, bazar günü isə termometrlər artıq 35 dərəcəni göstərəcək. Bu, son günlərin rütubətli və sərin havasından sonra şəhər sakinləri üçün ciddi istilik dalğası deməkdir.
 

Təkcə Azərbaycan deyil, regionun digər ölkələri də oxşar hava şəraiti ilə üz-üzədir. Türkiyənin bir çox bölgəsində istilik 40 dərəcəyə çatıb. Artıq yerli fövqəladə xidmətlər sakinləri diqqətli olmağa çağırır, xüsusilə yaşlılar və uşaqlar üçün risklərə qarşı tədbirlər görülür.


Rusiyada da mənzərə dəyişmir. Paytaxt Moskva bu gün 34-35 dərəcəlik havanın təsiri altındadır. İqlim mütəxəssisləri bunun tipik bir iyul havası olmadığını, qlobal iqlim dəyişikliyinin fəsadlarının daha aydın hiss edildiyini bildirirlər. (baku.ws)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO