Rusiya Ermənistandan tamamilə əsassız bəhanələrlə gül idxalını qadağan edib və bu terrora son qoymaq üçün Ermənistan tərəfi ilə razılığa gəlməkdən imtina edir.
Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı news.am saytı İrəvan sakinlərindən müsahibə alıb. Onların sözlərinə görə, seçilmiş sahə təsadüfi deyil, çünki gül uzun müddət saxlanılması mümkün olmayan məhsuldur:
“İnsanlar bu sahəyə on milyonlarla, hətta yüz milyonlarla vəsait yatırıb, Ermənistan hökuməti isə sahibkarlara böyük məbləğdə subsidiyalar ayırıb. İndi bu sahibkarlar iflas təhlükəsi ilə üz-üzədirlər. Çünki Rusiya Avrasiya İqtisadi İttifaqının (Aİİ) Gömrük İttifaqı nizamnaməsinə kobud şəkildə məhəl qoymadan, bu təşkilatın üzvü olan bir ölkənin bazarına yenidən qapı bağlayıb”.
Onlar bildirirlər ki, bu, Gömrük İttifaqında qalmağın mənasını sual altına qoyur:
“Axı, Gömrük İttifaqının bir üzvü istənilən anda bütün sazişləri pozaraq, siyasi məqsədlər üçün və ya bazarı başqa təchizatçılara vermək üçün iqtisadi terrora başlaya bilirsə, bu ittifaqda qalmağın nə mənası var?”.
Bizim.Media

- A-
- A
- A+
Dünya
12:16 / 10.07.2025
Rusiyadan Ermənistana idxal QADAĞASI – Erməni sahibkarlar iflas təhlükəsilə ÜZ-ÜZƏ – VİDEO
Hazırda oxunan: Rusiyadan Ermənistana idxal QADAĞASI – Erməni sahibkarlar iflas təhlükəsilə ÜZ-ÜZƏ – VİDEO
Hazırda oxunan: Rusiyadan Ermənistana idxal QADAĞASI – Erməni sahibkarlar iflas təhlükəsilə ÜZ-ÜZƏ – VİDEO
259173
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.