“Dedilər ki, burada ailə quracaqsan və ölkənizə qarşı döyüşəcəksən” - Erməni əsirliyində olan azərbaycanlı 

“Dedilər ki, burada ailə quracaqsan və ölkənizə qarşı döyüşəcəksən” - Erməni əsirliyində olan azərbaycanlı 

Hazırda oxunan: “Dedilər ki, burada ailə quracaqsan və ölkənizə qarşı döyüşəcəksən” - Erməni əsirliyində olan azərbaycanlı 

25917

“1997-ci ildə hərbi xidmətə çağırılmışam, həmin il ermənilərə əsir düşmüşəm”.

Bizim.Media xəbər verir ki, bunu Birinci Qarabağ müharibəsi zamanı əsir götürülmüş azərbaycanlılara qarşı amansız işgəncələr verməkdə ittiham olunan erməni hərbçilər - Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviçin cinayət işi üzrə məhkəmə iclasında zərərçəkmiş Elşən İslamov deyib.

O bildirib ki, Gədəbəy rayonunda postda olarkən əsir götürülüb:

“1999-cu ildə Yerevanda təcridxanada idim, gəlib məni apardılar. Bir otağa saldılar, orda Mkrtiçyan Lüdvik gəldi mənimlə söhbət elədi. Dedi ki, ad soyadını dəyişib Ermənistanda qalacaqsan, ailə quracaqsan, Ermənistan vətəndaşlığını qəbul edəcəksən, azərbaycanlılara qarşı döyüşəcəksən.

Bildirdi ki, Ermənistanda mənim üçün hər cür şərait yaradılacaq. Razı olmadım. Buna görə də Mkrtiçyan mənə amansız işgəncə verdi. Sonra məni Şuşa türməsinə güllələnməyə apardılar. Rəssam idim, erməni zabitinin şəklini çəkmək üçün bir vərəq gətirdilər. Mən də çəkdim. Sonra kəmərlə döyməyə başladılar”.
 

MÖVZU İLƏ BAĞLI:

Qarabağda döyüşən Rusiya vətəndaşının məhkəməsi başladı


Şahid deyib ki, ermənilər onu diri-diri yandırmaq istəyiblər:

“Qış idi, məni əsgərlərinə təhvil verdilər. Əsgərlər məni yerə uzadıb əllərimi bağladı, üstümə benzin tökdülər. Onlar benzin qabını da başımın altına qoydular. Hazırlaşırdılar ki, yandırsınlar. Bu zaman xəbər gəldi ki, məni yandırmasınlar aparırlar. Yenidən döyməyə başladılar. Maşına mindirdilər, yemək verdilər, yenə döydülər. Döyə-döyə kəndə gətirdilər.

Maşından düşəndə başımdan vurdular və özümdən getdim. Ayılanda Şuşa türməsində olduğumu gördüm. Orda çoxlu yaralı azərbaycanlılar var idi. Birinin gözünü çıxarmışdılar. Dedilər ki, 1992-ci ildə əsir düşənik. Betonun üstünə su tökürdülər, biz orda yatırdıq. Tualetə gedib-qayıtmaq üçün 3 dəqiqə vaxt vermişdilər. Tualetə qaça-qaça gedəndə 4 dəqiqəyə çatırdıq. Artıq qayıdanda 7 dəqiqə olurdu və məni amansızcasına döyürdülər.

Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndəsi gələndə gördü ki, bizim yatmağa pastelimiz yoxdu. Tapşırıq verdi ki, bizə yatmağa yorğan döşək versinlər. Komitə nümayəndəsi gedəndən sonra yorğan-döşəyi aldılar.

Sonra məni iki nəfər maşına mindirib bir dağa apardı. Orada düşürdülər ki, “dayan güllələyirik”. Sevindim ki, canım qurtarır. “Geriyə dön” dedilər.
 

Dönəndə bizim postumuzu gördüm. Məni saxladılar, başladılar bizimkilərə tərəf atəş açmağa. İstəyirdilər ki, bizim postdakılar da atəş açsın və bizi vursunlar. Amma bizimkilər məni vurmadılar”.


E.İslamov söyləyib ki, ona L.Mkrtiçyan Şuşa türməsində işgəncələr verib: “O, kəlbətinlə ağzımdakı qızıl dişləri çıxartdı. Mən Mkrtiçyan tərəfindən işgəncələrə məruz qalmışam, Xosrovyanı tanımıram. Mkrtiçyan mənə elə işgəncələr verib ki, onu hələ də unuda bilmirəm”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO