2000 manatdan yuxarı maaş alan müəllimlərin SAYI AÇIQLANDI

2000 manatdan yuxarı maaş alan müəllimlərin SAYI AÇIQLANDI

Hazırda oxunan: 2000 manatdan yuxarı maaş alan müəllimlərin SAYI AÇIQLANDI

259160

“Hazırda sertifikasiya imtahanında uğur qazanan müəllimlərin 1 faizi 2000 manat və daha artıq əməkhaqqı alır. Bu kateqoriyaya 1399 nəfər daxildir. Lakin həmin müəllimlərin həftəlik dərs yükü 34 saatdır”.

Bizim.Media xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Sertifikatlaşdırma 2025: peşəkar müəllim - keyfiyyətli təhsil" mövzusunda keçirilən tədbirdə deyib.

O bildirib ki, 12 803 müəllim 31 saat dərs deyir və 1500–2000 manat əməkhaqqı alır:

"Bu imtahanda iştirak edən müəllimlərin 11 faizidir. 33 faiz müəllim həftədə 25 saat dərs deyir və 1000–1500 manat maaş alır. Bu, 39 296 müəllim deməkdir.

41 faiz müəllim həftədə 17 saat dərs deyir və 500–1000 manat əməkhaqqı alır. Bu qrupa 49 757 nəfər daxildir.

14 faiz müəllim isə cəmi 8 saat dərs deyir və 500 manata qədər maaş alır. Belə müəllimlərin sayı 17 492 nəfərdir".

Günay Şahmar, Pərviz Allahverdiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO