Qusarda 27 yaşlı müəllimənin müəmmalı şəkildə ölümü baş verib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, rayonun Aşağı Ləyər kənd sakini, F.Davıdov adına Yuxarı Ləyər kənd ümumi orta məktəbinin coğrafiya müəllimi Naibə Əhməd qızı Sanayevanın meyiti Qusar şəhərindəki Olimpiya İdman Kompleksinin arxa tərəfindəki meşə massivində aşkar edilib.
Gənc xanımın meyitini meşə massivində gəzintiyə çıxan sakinlər görüb və polisə məlumat veriblər.
Bizim.Media-nın əldə etdiyi məlumata görə, Naibə Sanayeva coğrafiya ixtisası üzrə sertifikasiya imtahanından az bal toplayıb.
Mərhum subay olub.
Ölüm faktını Qusar rayon prokurorluğu araşdırır.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

- A-
- A
- A+
Cəmiyyət
10:50 / 10.07.2025
27 yaşlı coğrafiya müəllimi MÜƏMMALI şəkildə həyatını itirdi – SENSASİON FAKTLAR - ÖZƏL
Hazırda oxunan: 27 yaşlı coğrafiya müəllimi MÜƏMMALI şəkildə həyatını itirdi – SENSASİON FAKTLAR - ÖZƏL
Hazırda oxunan: 27 yaşlı coğrafiya müəllimi MÜƏMMALI şəkildə həyatını itirdi – SENSASİON FAKTLAR - ÖZƏL
259150
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.