Ucuz gün eynəkləri ilə bağlı elmi ARAŞDIRMALAR

Ucuz gün eynəkləri ilə bağlı elmi ARAŞDIRMALAR

Hazırda oxunan: Ucuz gün eynəkləri ilə bağlı elmi ARAŞDIRMALAR

259099

American Academy of Ophthalmology bildirir ki, eynəklərin qoruması 99–100% UVA/UVB səviyyəsində olmalıdır.

Bizim.Media xəbər verir ki, “tünd şüşə daha yaxşı qoruyur” düşüncəsi yalnışdır — tünd və UV-süz lens pupillanın genişlənməsinə səbəb olur və bu da zərərli radiasiyanın daha çox retina çatmasına şərait yaradır.
 

“PubMed” nəşrində 1986 cı ildə dərc olunmuş araşdırmada 32 cüt “ucuz” eynəyin UVB ötürücülüyü ölçülüb. Lenslərdə UVB keçmə cəmi 2% olsa da, eynəklər məsafədə olduqda, yanlardan və yuxarıdan, 44.8%-dək UV radiasiya gözə keçir — bu da əsl qorumanın lens keyfiyyətindən, ölçüsündən və taxılma bucağından asılı olduğunu göstərir.


AllAboutVision (2019) qeyd edir ki, ucuz lenslər tez cızılır, göz gərginliyinə, baş ağrısına və uzun perspektivdə görmə problemlərinə yol açır.

Imperial Bioscience Review araşdırmasında sübut edib ki, tünd rəngli, amma UV-sız lens həyat üçün daha təhlükəlidir — pupillanın genişlənməsi nəticəsində zəhərli radiasiyanın təsiri artır və uzun müddətli katarakt, makulyar degenerasiya, melanoma kimi patologiyalara səbəb olur. (saglamolun.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO