"Çelye" UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsinin ilk oyunu çərçivəsində Bakıda "Sabah"ın qonağı olacaq.
Bizim.Media xəbər verir ki, Sloveniya təmsilçisinin baş məşqçisi Albert Riera matçdan öncə keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- "Sabah"ı təhlil edərkən rəqibin zəif və güclü tərəflərinin hansılar olduğunu gördüz?
- Mənim futbolçu olduğum dönəmdə rəqiblər barədə məlumat toplamaq bu qədər asan deyildi. Amma indi o qədər platformalar var ki, istənilən rəqib haqda məlumat əldə edə bilirsən. "Sabah" barədə kifayət qədər məlumatımız var. Rəqibi təhlil etmişik. Mənim keçmiş klubum "Qalatasaray"da oynamış Cesse Sekidika da "Sabah"da çıxış edir. Komandam sabahkı oyuna tam hazırdır.
- "Çelye"nin heyətində ötən mövsümlə müqayisədə xeyli dəyişikliklər var. "Sabah" isə heyətini qoruyub. Sizcə, bu oyuna necə təsir edəcək?
- Üç əsas futbolçu komandanı tərk etdi. Amma heyətə yeni oyunçular cəlb etmişik. Dəyişikliklər inkişaf üçün nəzərdə tutulub. Nikbin düşünürük. Bu dəyişikliklər oyunumuza müsbət təsir edəcək.
- "Sabah" avrokuboklarda əvvəlki mövsümlərdə güclü rəqibləri məğlub edib. Bu amil sizi qorxutmur?
- Biz də güclü ölkələrin təmsilçilərinə qarşı oynamışıq. Bu, hansısa komandanı dəyərləndirməyə o qədər də əsas vermir. "Sabah"ın Azərbaycan Kubokunun qalibi olduğunu bilirik. Rəqibə hörmət edirik. Amma bizim də kifayət qədər gücümüz var. Bütün suallara cavab görüşündə aydınlıq gələcək.
Rəşad Rafiqoğlu, Bizim.Media

- A-
- A
- A+
İdman
22:41 / 09.07.2025
“Çelye”nin baş məşqçisi: “Sabah”la oyuna tam hazırıq”
Hazırda oxunan: “Çelye”nin baş məşqçisi: “Sabah”la oyuna tam hazırıq”
Hazırda oxunan: “Çelye”nin baş məşqçisi: “Sabah”la oyuna tam hazırıq”
259086
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.