“DOST Müfəttiş” layihəsi çərçivəsində ATİB üzvü olan şirkətlərlə görüş KEÇİRİLDİ - FOTO

“DOST Müfəttiş” layihəsi çərçivəsində ATİB üzvü olan şirkətlərlə görüş KEÇİRİLDİ - FOTO

Hazırda oxunan: “DOST Müfəttiş” layihəsi çərçivəsində ATİB üzvü olan şirkətlərlə görüş KEÇİRİLDİ - FOTO

259068

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada Azərbaycan-Türkiyə İş Adamları Birliyinə (ATİB) üzv şirkətlərlə “DOST Müfəttiş” layihəsi çərçivəsində görüş olub.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya verilən məlumata görə, görüşdə Milli Observatoriyanın İdarə Heyətinin sədri Elnur Səfərli, nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini Nərmin Mirzəyeva, Azərbaycan-Türkiyə İş Adamları Birliyinin (ATİB) İdarə Heyətinin sədri Mürsəl Rüstəmov və birliyə üzv olan bir çox şirkətin nümayəndələri iştirak ediblər.

Birliyin üzvlərinə Dövlət Əmək Müfəttişliyi Xidməti və Milli Observatoriyanın birgə həyata keçirdiyi “DOST Müfəttiş” layihəsi haqqında məlumat verilib.
 

Qeyd olunub ki, hazırda layihənin əhatə dairəsi 5 mindən artıq işçini ötüb. İlkin mərhələdə 5-i dövlət, 7-si özəl sektor olmaqla, ümumilikdə 12 müəssisədə əmək münasibətlərinin tənzimlənməsi, əməyin mühafizəsi sahəsində qabaqlayıcı tədbirlərin təşviqi və insan resurslarının idarə olunmasında müasir yanaşmaların tətbiqi istiqamətində əhəmiyyətli işlər görülüb.


Layihə çərçivəsində iş yerlərinə “Əmək və Məşğulluq” altsisteminin (ƏMAS) tətbiqində müəssisələrin qarşılaşdığı çətinliklərin aradan qaldırılmasına yardım edilib. Habelə əmək münasibətləri, əməyin mühafizəsi və insan resursları üzrə cari vəziyyətin qiymətləndirilməsi aparılıb, qiymətləndirmə nəticəsində mövcud çatışmazlıqlar aşkar edilərək, müəssisələrə fərdi yanaşma əsasında təlim və konsultasiyalar təşkil edilib.

Təqdimatda layihənin beynəlxalq səviyyədə də yüksək qiymətləndirildiyi, ötən il 3 beynəlxalq mükafata layiq görüldüyü diqqətə çatdırılıb.

“DOST Müfəttiş” layihəsi ölkəmizdə əmək münasibətlərinin təkmilləşdirilməsi, əməyin mühafizəsi və insan resurslarının idarə olunması sahəsində yeni və innovativ yanaşmaların tətbiqinə mühüm töhfə verir.








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO