Əməkdar artist istefa verdi

Əməkdar artist istefa verdi

Hazırda oxunan: Əməkdar artist istefa verdi

259045

Dövlət Pantomima Teatrının direktoru, əməkdar artist Elman Rəfiyev işdən çıxıb.
O, bir müddət əvvəl tutduğu vəzifədən kənarlaşıb.

Bizim.Media xəbər verir ki, Mədəniyyət Nazirliyindən “lent.az”ın sorğusuna cavab olaraq faktı təsdiqləyiblər.
 

Bildirildi ki, Elman Rəfiyev bir müddət əvvəl öz xahişi ilə ərizə yazaraq işdən ayrılıb.


Qeyd edək ki, Elman Rəfiyev 2009-cu ildən Dövlət Pantomima Teatrının direktoru postunu tutub.

Bir neçə il əvvəl teatrın dövlətə 150 min manatdan çox vergi borcunun olması barədə xəbərlər yayıldı.

Bundan sonra Elman Rəfiyevin ölkədən çıxışına da qadağa qoyulmuşdu.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO