Şəki-Oğuz avtomobil yolunda iki minik avtomobili toqquşub.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, yol-nəqliyyat hadisəsi Şəki rayonunun Oraban kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Oğuz rayon sakini 43 yaşlı Sarvan İmamverdiyevin idarə etdiyi “48-BC-127” dövlət nömrəli nişanlı “VAZ-21012” avtomobili ilə 58 yaşlı Rəşid Umarovun idarə etdiyi “77-DA-415” dövlət nömrə nişanlı “Toyota” markalı avtomobillər toqquşub.
İlkin məlumata əsasən qəza nəticəsində jiqulidə olan iki sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlar Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirliblər.
Faktla bağlı araşdırmalar aparılır.
Tural Rasimoğlu, Bizim.Media, Şimal-qərb bürosu

- A-
- A
- A+
Cəmiyyət
15:57 / 09.07.2025
Şəkidə AĞIR QƏZA – Xəsarət alanlar var
Hazırda oxunan: Şəkidə AĞIR QƏZA – Xəsarət alanlar var
Hazırda oxunan: Şəkidə AĞIR QƏZA – Xəsarət alanlar var
259030
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.