Bu il 645 nəfər adını dəyişdirib.
Bu barədə Bizim.Media-nın sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, cari ilin ilk altı ayı ərzində 645 nəfərin adının dəyişdirilməsi dövlət qeydiyyatına alınıb.
Lakin qurumdan şəxslərin əvvəlki, hazırkı adı fərdi məlumatlar kateqoriyasına aid olduğundan açıqlanmayıb.
Xatırladaq ki, ötən ilin yanvar-iyul ayları ərzində 1 433 şəxs soyadını, adını və ata adını dəyişdirib.
Qeyd edək ki, Ailə Məcəlləsinə görə, ərizə əsasında adın, ata adının və soyadın dəyişdirilməsi vətəndaşın seçdiyi, məhkəmə qətnaməsi əsasında dəyişdirilməsi isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Hazırda adın dəyişdirilməsi üçün təyin edilən dövlət rüsumunun məbləği 15 AZN-dir.
Günay Şahmar, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
14:03 / 09.07.2025
Bu il neçə nəfər adını dəyişdirib? - RƏSMİ AÇIQLAMA
Hazırda oxunan: Bu il neçə nəfər adını dəyişdirib? - RƏSMİ AÇIQLAMA
Hazırda oxunan: Bu il neçə nəfər adını dəyişdirib? - RƏSMİ AÇIQLAMA
259000
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.