“Liverpul” “Napoli”nin təklifini RƏDD ETDİ

“Liverpul” “Napoli”nin təklifini RƏDD ETDİ

Hazırda oxunan: “Liverpul” “Napoli”nin təklifini RƏDD ETDİ

258912

"Napoli" "Liverpul"un hücumçusu Darvin Nunesi transfer etmək istəyir.

Bizim.Media xəbər verir ki, İtaliya çempionu uruqvaylı futbolçu üçün "qırmızılar"a 50 milyon avroluq rəsmi təklif göndərib. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

İngiltərə klubu bu təklifi qəbul etməyib. "Napoli" 26 yaşlı forvard üçün növbəti dəfə onun klubuna müraciət edəcək.

Qeyd edək ki, "Liverpul" Darvin Nunesi 2022-ci ilin yayında "Benfika"dan 85 milyon avroya transfer edib. Uruqvay millisinin üzvü ötən mövsüm Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 47 rəsmi matçda 7 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO