Baş məşqçinin İnstaqramda futbolçu axtarışı gündəm oldu - FOTO

Baş məşqçinin İnstaqramda futbolçu axtarışı gündəm oldu - FOTO

Hazırda oxunan: Baş məşqçinin İnstaqramda futbolçu axtarışı gündəm oldu - FOTO

258880

İkinci liqada mübarizə aparan “Şəmkir” klubunun baş məşqçisi Vüqar Nadirovun İnstaqram hesabında etdiyi paylaşım gündəm olub.

Bizim.Media xəbər verir ki, “Qarabağ”ın və Azərbaycan millisinin sabiq futbolçusu elan verərək komandasına futbolçu axtardığını bildirib.

O, bunun üçün seçimlər edəcəyini də açıqlayıb:

“Şəmkir” klubu 2025/2026 mövsümü üçün “ASK Arena”da 3 günlük seçimlər keçirəcək. Seçimlərdə iştirak etmək istəyənlər əlaqə saxlasınlar. Artıq çəkisi olan, eləcə də əyləncə məqsədilə gələnlər narahat etməsinlər”.

Vüqar Nadirov "Qafqazinfo"ya açıqlamasında seçimlərdən yaxşı futbolçular çıxdığını bildirib:

“Bəzən seçimlərdən keyfiyyətli futbolçular çıxır. Biz komandanın özəyini saxlamışıq, amma yeni oyunçulara ehtiyacımız var. Bunun üçün də seçimlər edəcəyik. Artıq büdcə bəllidir və işlərə başlamışıq”.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO