Əli Əsədov Pakistan Milli Assambleyasının sədri ilə görüşüb - FOTO

Əli Əsədov Pakistan Milli Assambleyasının sədri ilə görüşüb - FOTO

Hazırda oxunan: Əli Əsədov Pakistan Milli Assambleyasının sədri ilə görüşüb - FOTO

258875

Azərbaycanın Baş naziri Əli Əsədov iyulun 8-də ölkəmizdə rəsmi səfərdə olan Pakistan Milli Assambleyasının sədri Sərdar Ayaz Sadiqin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə Bizim.Media-ya Nazirlər Kabinetindən məlumat verilib.

Bildirilib ki, görüşdə qarşılıqlı etimad və dəstəyə əsaslanan Azərbaycan-Pakistan qardaşlıq əlaqələrinin inkişaf dinamikası vurğulanıb.

İki ölkə arasında siyasi dialoqun yüksək səviyyəsindən məmnunluq ifadə olunub.
 

Parlamentlərarası əməkdaşlığın əhəmiyyəti qeyd edilərək Azərbaycan və Pakistanın qanunverici orqanları arasında qurulmuş qarşılıqlı faydalı əlaqələrin dövlətlərarası münasibətlərin hərtərəfli inkişafına müsbət töhfə verdiyi bildirilib.


Görüş zamanı həmçinin iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO